Venesuela və Türkiyə hərtərəfli əməkdaşlığı genişləndirir və Birgə Komissiyanın Ankarada keçirilən IV iclasında müxtəlif sahələrdə doqquz ikitərəfli saziş imzalanıb. Bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto X (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Venesuela-Türkiyə Birgə Komissiyasının IV iclasında biz Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə əsas istiqamətlər üzrə doqquz saziş imzaladıq”, – Gil bildirib. O, kənd təsərrüfatı, səhiyyə, mülki aviasiya, insan hüquqlarının müdafiəsi, təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlığa, bədii filmlərin və televiziya seriallarının birgə istehsalına dair sazişlərin bağlanıldığını bildirib.
Gil bildirib ki, Hakan Fidan ilə görüşdə Venesuela-Türkiyə ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. (Tass)