Qərb ölkələri Ukraynadakı münaqişəni süni şəkildə uzadaraq vəziyyəti daha da destabilləşdirir.
Bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Biz Qərbin süni şəkildə bu münaqişənin davam etməsini dəstəkləməsinin və vəziyyəti daha da destabilləşdirməsinin əleyhinəyik”, o, Ukrayna böhranından danışarkən qeyd edib. (Tass)