İyun 22, 2025-2:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vergi ödəyicilərinə 335 minə yaxın “Asan İmza” sertifikatı verilib

2023:11:14 - 16:03
in İQTİSADİYYAT
A A

Cari ilin yanvar-oktyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 542 min 447 şəxs qəbul edilib və onlara 966 min 389 sayda xidmət göstərilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunlardan 260 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 226 minə yaxını isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88,2 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Həmin xidmətlərə aşağıdakılar daxildir: bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi; vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; “Asan İmza” sertifikatlarının verilməsi; vergiödəyicisinə arayışların verilməsi; vergiödəyicisinin fəaliyyətinin bərpası; fiziki şəxsin uçotdan çıxarılması.

Yanvar-oktyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 25 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 9,8 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 568 minə yaxın SMS göndərilib. Dövr ərzində 2.600 vergiödəyicisinin iştirakı ilə 224 görüş keçirilib, 4.262 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən 218.812 müraciət üzrə 334.969 “Asan İmza” sertifikatı verilib. 17,2 mindən çox vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan “Asan İmza”, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

Əvvəlki Yazı

Zaqatalalı fermerlər bu günədək 3253 ton yaşıl tütün kütləsi təhvil veriblər

Növbəti Yazı

Baş Prokurorluq silahların könüllü təhvil verilməsi üçün yenidən vətəndaşlara müraciət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.