Sentyabr 7, 2025-22:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Verilənlərin emalı mərkəzlərinin enerji səmərəliliyinin artırılması problemləri ilə bağlı tədqiqat aparılır

2025:09:01 - 15:20
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllifi olduqları məruzə “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransında (PCI 2025) dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Verilənlərin emalı mərkəzlərinin soyutma sistemlərində istilik sıxlığının azaldılması və enerji səmərəliliyinin artırılması modeli” mövzusunda məruzəni O.Ələkbərov təqdim edib. O, müasir texnologiyaların inkişafı şəraitində verilənlərin emalı mərkəzlərində enerji sərfiyyatı və soyutma sistemlərinin rolundan bəhs edib. Bildirib ki, enerjinin əsas hissəsi serverlər və soyutma sistemləri tərəfindən istifadə olunur və bu həm əməliyyat xərclərinə, həm də enerji səmərəliliyinə mühüm təsir göstərir.

Məruzəçi ənənəvi maye, təbii, buxarlandırıcı və sıra daxili soyutma sistemlərini müqayisəli şəkildə analiz edib, onların enerji effektivliyi və tətbiq imkanları barədə məlumat verib.

O.Ələkbərovun sözlərinə görə, tədqiqat işində təklif edilən model server rəfləri üzrə istilik sıxlığının optimal paylanmasına əsaslanır: “Yüksək istilik yüklü rəflərdə yerləşən avadanlıqların bir hissəsinin daha az yüklü rəflərə köçürülməsi nəticəsində maksimum və minimum istilik sıxlığı fərqinin minimuma endirilməsi təmin edilir”.

Tədqiqatçı çıxışının sonunda vurğulayıb ki, təklif olunan model soyutma sistemlərinin yükünü balanslaşdırır, enerji istifadəsini optimallaşdırır, əməliyyat xərclərini azaldır və avadanlıqların istismar etibarlılığını artırır.

Əvvəlki Yazı

Prezident: Azərbaycan Çinin qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyib

Növbəti Yazı

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilib – RƏSMİ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.