Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Misirin xarici işlər naziri Bədr Əbdül Ati Qəzza zolağında tezliklə atəşkəs əldə olunması və Fələstin xalqına humanitar yardımın verilməsinin tərəfdarı olduqlarını bildiriblər.
“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında baş verən dramatik hadisələrə diqqət yetirməklə, cari Yaxın Şərq problemlərinə yönəldilib. Hər iki tərəf Qəzza zolağında sürətli atəşkəsə nail olunmasının və Fələstin mülki əhalisinə humanitar yardımın göstərilməsinin vacibliyini qeyd edib”, – Rusiya Xarici İşlər Nazirliyinin Nyu-Yorkda tərəflərin görüşünün yekunlarına dair bəyanatında deyilir.
Diplomatlar həmçinin Rusiya-Misir əməkdaşlığının daha da inkişaf etdirilməsi, o cümlədən müntəzəm siyasi dialoqun davam etdirilməsi və ticarət-iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi vəzifələrini müzakirə ediblər.
Tərəflərin görüşü Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə nail olunması üzrə yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində baş tutub. (Tass)