İyun 16, 2025-7:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirir

2023:10:02 - 12:06
in İQTİSADİYYAT
A A

Gürcüstanın bütün bölgələri üzrə 6 mindən çox satış nöqtəsinə çatdırılma edilir.

Veysəloğlu Şirkətlər Qrupu Gürcüstan bazarında müştəriləri stabil və davamlı yüksək keyfiyyətli məhsullarla təmin etmək üçün fəaliyyət göstərir.

“APA-Economics” xəbər verir ki, şirkət əsasən ərzaq məhsulları olmaqla gündəlik tələbat mallarının distribusiya fəaliyyətini həyata keçir. Gürcüstanın bütün bölgələrini əhatə edən “Veyseloglu Georgia” (VG) şirkəti pərakəndə, topdan, horeka kanallarında xidmət göstərir və mövcud bütün market şəbəkələri ilə çalışır. “VG”nin paytaxt Tbilisi şəhəri ilə yanaşı, Qərb zonasını əhatə edən Kutaisi anbarı da fəaliyyət göstərir.

“Hazırda Gürcüstan bazarında “VG”tərəfindən müxtəlif ölkələrdən 31 istehsalçı ilə əməkdaşlıq edilir və 400-ə yaxın məhsulun satışı həyata keçirilir. Şirkətlər Qrupumza daxil olan “Ulduz” Şokolad Fabrikinin istehsal etdiyi məhsullar əsas prioritet olanlar siyahısındadır”, – deyə “Veyseloglu Georgia”nın Marketinq departamentinin rəhbəri Mirzəbəy Əbilov məlumat verib.

“VG” profilinə Rusiya, Türkiyə, Polşa, Latviya, Litva, Hindistan və Gürcüstanın yerli brendləri də daxildir. Ölkənin ən böyük ticarət şəbəkələri olan “Carrefour”, “Spar”, “Magnit”, “Ori Nabiji” “Nikora”, “Libre”, “İoli” və digər şəbəkələrlə ilə əməkdaşlıq edilir.

Qeyd edilib ki, şirkətin Gürcüstanın bölgələrində ofisləri xidmət göstərir. 28 yük nəqliyyat vasitəsi ilə bütün sifarişlərin 24 saat ərzində müştərilərə vaxtında çatdırılması təmin edilir.

 

Mirzəbəy Əbilov onu da əlavə edib ki, VG, Şirkətlər Qrupunun dəyərlərinə əsaslanan fəaliyyəti nəticəsində, yerli əhali və eləcə də Gürcüstanda yaşayan bir çox soydaşlarımız üçün stabil, etibarlı iş yerləri açır.

2022 -ci ilin nəticələrinə görə, “Veyseloglu Georgia” bazarda qastronom məhsullarında 1.5%, şirniyyat məhsullarında 2.2% faizlik paya sahib olub.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.

Əvvəlki Yazı

İki milyonluq mənimsəmədə ittiham olunan qadının məhkəməsi başlayıb

Növbəti Yazı

Xankəndi və Qarabağın yeni azad edilmiş ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.