ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynaya səfər edib. Bu barədə Amerikanın Kiyevdəki səfirliyindən məlumat verilib.
“Mən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandı Ukraynada salamlayıram. Bu gün biz hökumət rəhbərləri, veteranlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyik”, – səfirlik ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinkin Facebook səhifəsindən sitat gətirib.Vağzalda Nuland və Brinkin birgə fotosu da dərc edilib.
Nuland sonuncu dəfə 2022-ci ilin dekabrında Kiyevdə olub.
Bir gün əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko (terrorçuların və ekstremistlərin Rosfinmonitorinq siyahısına daxildir) kimdən danışdığını dəqiqləşdirmədən “Kiyevdə ABŞ-dan vacib qonaqların gözlənildiyini” söyləyib. (Tass)