İyun 20, 2025-2:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vilayət Eyvazov: “Azad olunan ərazilərdə təhlükəsizlik və asayiş qətiyyətlə qorunur”

2023:11:08 - 15:48
in SOSİAL
A A

“İnsanların dinc əməyinin keşiyində həmişə ayıq-sayıq dayanan Daxili Qoşunlar və Azərbaycan polisi həyatın yenidən qayıtdığı ərazilərdə təhlükəsizliyi və asayişi qətiyyətlə qoruyur, xidməti vəzifələrini əzmlə yerinə yetirirlər”.

“Report” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarına ünvanladığı təbrikdə yer alıb.

O xatırladıb ki, indi Qarabağın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

“Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır. Əminəm ki, öz andına daim sadiq olan şəxsi heyətimiz xalqın və Ali Baş Komandanın etimadını bundan sonra da layiqincə doğruldacaqdır”.

V.Eyvazov vurğulayıb ki, DİN-in hərbi qulluqçuları Murov zirvəsinə, Cəbrayıl, Hadrut, Füzuli və Şuşaya “Zəfər yürüşü”nün ön sıralarında olublar:

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tərkibində Daxili Qoşunların da olduğu rəşadətli ordumuz üç il öncə Qarabağın işğalına son qoyaraq şanlı tarix yazdı. Vətən torpaqlarını canı-qanı bahasına azad edən və 44 gün ərzində yalnız irəliləyən əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq heç vaxt unudulmayacaq, şəhidlərimizin əziz, xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xalqımızın çoxəsrlik tarixində müstəsna yeri olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə sizi, hörmətli veteranlarımızı, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həyatını qurban vermiş hərbçilərimizin və polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edir, ən xoş diləklərimizi çatdırıram”.

Nazir həmçini qeyd edib ki, Silahlı Qüvvələrimiz, o cümlədən Daxili Qoşunların şəxsi heyəti öz peşəkarlığını, döyüş hazırlığını Böyük Zəfərin davamı olan antiterror tədbirləri zamanı bir daha nümayiş etdirdi:

“Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə ucaldılan Dövlət Bayrağımız xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu”.

Əvvəlki Yazı

Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil verib

Növbəti Yazı

Prezident İlham Əliyev: Azərbaycan əsgəri və zabiti 44 gün ərzində döyüş meydanında əsl qəhrəmanlıq göstərmişdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.