İyun 17, 2025-4:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Vilayət Quliyev Xocalı soyqırımı və etnik cinayətlərin tarixi barədə Anadolu-Balkan Agentliyinə müsahibə verib

2024:02:26 - 14:08
in SİYASƏT
A A

Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Anadolu-Balkan Agentliyinin boşnak xidmətinə geniş müsahibə verib.

“Report” xəbər verir ki, “Xocalı soyqırımı XX yüzilliyin ən qəddar cinayətidir” adlı müsahibədə azərbaycanlı diplomat ötən yüzilliyin əvvəllərindən başlayaraq beyinləri daşnak ideologiyası ilə zəhərlənmiş erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri etnik cinayətlərin geniş tarixini və coğrafiyasını açıqlayıb.

Səfir Xocalıda Koçaryan, Sarqsyan, Balasanyan və başqa erməni siyasi qatillərinin planlı şəkildə törətdikləri etnik qırğının öz miqyas və amansızlığına görə xüsusilə seçildiyini vurğulayıb. O, böyük təəssüf hissi ilə dünyanın susaraq razılıq verməsi nəticəsində bənzər etnik təmizləmə siyasətinin Bosniya və Herseqovinada, ilk növbədə isə minlərlə insanın yalnız milli-dini mənsubiyyətinə görə soyuqqanlılıqla qətlə yetirildiyi Srebrennitsada da həyata keçirildiyini qeyd edib.

Müsahibədə Bosniya və Herseqovina parlamentinin Xocalı soyqırımını tanıması, Sarayevonun mərkəzindəki Azərbaycan və boşnak xalqlarının “Dostluq parkı”nda Xocalı və Srebrennitsa analarının möhtəşəm heykəlinin ucaldılması xalqlarımızın etnik zəmində törədilmiş cinayətlərə qarşı mübarizədə birlik və əzmkarlığının rəmzi kimi qiymətləndirilib.

Səfir Vilayət Quliyev son 32 ildə ilk dəfə Xocalı şəhidlərinin xatirəsinin qəhrəman Azərbaycan Ordusunun erməni separatçılardan azad etdikləri Xocalıda qeyd olunduğunu bildirib. O, hazırda burada böyük quruculuq-abadlıq işləri aparıldığını, tezliklə soyqırımı dəhşətləri yaşamış xocalıların öz yurdlarına qayıdacaqlarını deyib.

“Xocalı faciəsinin yaraları sağaldılsa da, Xocalı soyqırımı heç zaman insanlarımızın yaddaşından silinməyəcək, Yer üzündə oxşar cinayətlərin bir daha törədilməməsi üçün daimi yaddaş və xəbərdarlıq rəmzinə çevriləcək”, – deyə diplomat sözlərinə əlavə edib.

Əvvəlki Yazı

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların aparılması zəruridir – RƏY

Növbəti Yazı

Ukrayna Silahlı Qüvvələri Lastochkino kəndindən geri çəkildiyini elan edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.