Rusiya və Amerika hərbçiləri arasında yüksək səviyyəli dialoqun bərpası sülhün əldə edilməsi və qorunması üçün çox vacibdir. Bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff Əbu-Dabidə keçirilən üçtərəfli görüşlərdən sonra bildirib.
“Amerika Birləşmiş Ştatları və Rusiya həmçinin ABŞ-ın Avropa Komandanlığının komandanı general Aleksus Qrinkeviçin rəhbərliyi altında hərbi dialoq qurmaq barədə razılığa gəliblər. Bu rabitə kanalı münaqişə başlamazdan əvvəl dayandırılıb və sülhün əldə edilməsi və qorunması üçün vacibdir”, – deyə Uitkoff X sosial media platformasında yazıb.
