Avropa “artan qeyri-müəyyənlik” şəraitində ABŞ- la dialoqa hazırdır . Bunu fevralın 7-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqının YouTube kanalında yayımlanan mətbuat konfransı zamanı deyib.
“Bizim çoxdankı müttəfiqimiz ABŞ yeni gündəm müəyyən edib. Avropa artan qeyri-müəyyənlik kontekstində ABŞ-la möhkəm, lakin konstruktiv dialoqa hazırdır”, – deyə fon der Leyen bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri bu qarşılıqlı fəaliyyətin potensial çağırışlarını bilir və onlara hazırdır.
“Avropa qlobal əməkdaşlığa və tərəfdaşlığa qətiyyətlə sadiqdir”, – deyə Avropa Komissiyasının rəhbəri yekunlaşdırıb. (İzvestia)