Avropa İttifaqı silahlanma dövrünə qədəm qoyub və Londonda keçirilən sammitdə Aİ ölkələri silah istehsalına xərcləri artırmağa hazır olduqlarını bəyan ediblər. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə mətbuata yaxınlaşarkən deyib.
“Biz silahlanma dövrünə qədəm qoymuşuq. Avropa isə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırdır. Həm qısamüddətli hərəkətə keçmək və Ukraynanı dəstəkləmək zərurətinə cavab vermək, həm də öz Avropa təhlükəsizliyimiz üçün daha böyük məsuliyyəti öz üzərimizə götürmək üçün uzunmüddətli ehtiyacı həll etmək üçün” o deyib. (Tass)