Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın yenidən qurulması üçün Avropa fondunun yaradıldığını elan edib və Kiyevi dəstəkləmək üçün 10 milyard avro investisiya cəlb etməyə çağırıb.
“Mən İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı ilə birlikdə yaratdığımız Ukraynanın bərpası üçün Avropa fondunun yaradılmasını elan etməyə hazıram”, – o, Romada Kiyev rejiminə yardım üçün donorların konfransında deyib. “Bu gün imzaladığımız qrantlar və kredit zəmanətləri Ukraynaya 10 milyarda qədər özəl investisiya cəlb etməlidir”.
Konfrans zamanı fon der Leyen Avropa bizneslərinə müraciət edərək “bu gün Ukraynaya sərmayə qoymağa” çağırıb. (Tass)