Serbiya prezidenti Aleksandar Vucic dünya ictimaiyyətini münaqişələrə son qoymaq üçün Çinin təşəbbüslərini dinləməyə çağırıb.
“Bu, mənim üçün son dərəcə vacib səfərdir. Düzünü desəm, bütün dünyada insanlar açıq şəkildə nə deməsindən asılı olmayaraq, [Çin] sədri Si Cinpinin təşəbbüslərinə böyük ümidlər bəsləyirlər və bu təşəbbüslərin sülh gətirəcəyinə ümid edirlər. Mən bunu çox yaxşı bilirəm, çünki o, hər kəslə ünsiyyət qurmuşdur, o, bir sıra müharibələrin sona çatmasına və davamlı sülhün bərqərar olmasına həqiqətən töhfə verə biləcək bir dünya lideridir çünki son nəticədə bizim ümumi maraqlarımız sülh və əmin-amanlıqdır”, o , Çin liderinin Belqrada səfəri öncəsi Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin bildirmişdi ki, Çin Xalq Respublikasının sədri mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfərlər edəcək. O, mayın 7-8-də Serbiyada olacaq. (Tass)