Serbiya prezidenti Aleksandr Vuçiç Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək. Bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Moskvada Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə deyib.
“May ayında bizim prezidentimiz Aleksandar Vuçiç Qələbənin 80 illiyini qeyd etmək üçün burada olacaq və bu, həm də sovet və rus xalqlarının təkcə öz ölkəsini deyil, həm də Avropanı və dünyanı azad etmək üçün göstərdiyi böyük fədakarlıqları unutmadığımız simvollardan biridir”, – Curiç bildirib. (Tass)