İyun 16, 2025-4:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüqar Bayramov: “Azərbaycan regionda “yaşıl enerji”yə ən çox investisiya cəlb edən ölkədir”

2024:11:29 - 14:39
in İQTİSADİYYAT
A A

Azərbaycan regionda “yaşıl enerji”yə ən çox investisiya cəlb edən ölkədir.

“Report” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputatın sözlərinə görə, son illərdə ölkədə “yaşıl enerji” istehsalına 1 milyard ABŞ dollardan çox investisiya cəlb olunub: “Bu vəsait yalnız Azərbaycanda deyil, həm də regionda “yaşıl enerji” effektivliyinin artırılmasına və enerjidən səmərəli istifadəyə töhfə verib”.

V. Bayramov qeyd edib ki, hazırda Azərbaycanın ümumi enerji istehlakında “yaşıl enerji”nin payı 17 %-dir: “Prezident İlham Əliyev tərəfindən müəyyən edilən hədəflərə əsasən, 2030-cu ilə qədər bu göstəricinin 35 %-ə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyalarını 40 % azaltmaq niyyətindədir”.

Deputat beynəlxalq təşkilatların statistikasına istinad edərək, bildirib ki, Azərbaycanın qlobal karbon emissiyalarındakı payı 0,1 %-dən də azdır. Cari ilin ilk on ayında isə ölkədə “yaşıl enerji” istehsalı 80 % artıb.

“Həm müqayisələr, həm də rəqəmlər göstərir ki, Azərbaycan “yaşıl enerji” və enerji effektivliyinin gücləndirilməsində lider ölkələrdən biridir”, – V. Bayramov vurğulayıb.

Əvvəlki Yazı

Türkiyə ordusu İraqın şimalında 13 PKK üzvünü məhv edib

Növbəti Yazı

XİN: Qərbin Ukraynaya qoşun yeritməsi Rusiya Federasiyası ilə birbaşa qarşıdurmaya çevriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.