İyun 17, 2025-2:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüqar Bayramov: “Dövlət büdcəsinin qeyri-resurs gəlirləri xərclərin ödənilməsi üçün kifayət etmir”

2025:05:27 - 13:10
in İQTİSADİYYAT
A A

Azərbaycan dövlət büdcəsinin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir.

“Report” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,4 %, xərclərinin çəkisi isə 29,9 % olub: “Fiskal xərclərin ÜDM-dəki xüsusi çəkisində artım dinamikası müşahidə edilsə də, hələ də bu göstəricimiz əksər inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan dövlətlər ilə müqayisədə aşağıdır. Belə ki, bu göstərici İtaliyada 53,8 %, Macarıstanda 49,2 %, Almaniyada 48,4 %, Braziliyada 45,4 %, İspaniyada 45,3 %, Böyük Britaniyada 44,2 %, Rusiyada 36,5 %, Qırğızıstanda 35,7 %, Türkiyədə 33,2 %-dir.”

V.Bayramovun fikrincə, 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir: “Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da cari xərclər 21 milyard 343 milyon manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır”.

O qeyd edib ki, 2024-cü ildə baş tutmuş 9 milyard 845 milyon manatlıq dövlət satınalmasının 5 milyard 355 milyon manatı, yəni 54,4 %-i bir mənbədən satın alma olub: “Digər tərəfdən, dövlət satınalmaların cəmi 43,4 %-i açıq tender yolu ilə həyata keçirilib. Yəni, ötən il dövlət satınalmalarına çıxarılan hər 100 manatdan sadəcə 43 manatı açıq tender yolu ilə təqdim olunub”.

Deputat vurğulayıb ki, Azərbaycanda insan kapitalının inkişafının prioritet elan olunmasına rəğmən 2024-cü ildə elm xərclərinə proqnozlaşdırılandan 38,9 milyon manat az vəsait ayrılıb: “Bu proqnoza nisbətən 16,5 % az xərcləmə deməkdir. Bu eyni zamanda o deməkdir ki, Azərbaycanda elm xərclərinin ÜDM-də payı cəmi 0,2 %-dir. Elm xərclərinin ÜDM-də payı Rusiyada 1 %, Türkiyədə 1,1 %-dir, dünya üzrə ortalama isə 2,2 %-dir. Demək, bir sıra qonşu və eləcə də qlobal ortlama ilə müqayisədə ÜDM nisbətində elmə daha az vəsait ayrılır”.

Əvvəlki Yazı

Adil Vəliyev: Həkimlərin maaşı 550-700 manat arasındadır

Növbəti Yazı

Rumen Radev Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.