Avqust 20, 2025-7:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Vüqar Əliyev: Azərbaycanın döyüş təcrübəsi öyrənilir

2024:02:16 - 13:58
in SİYASƏT
A A

Bu gün dünyanın ən inkişaf etmiş dövlətlərinin hərbi təhsil ocaqlarında Azərbaycanın döyüş təcrübəsi öyrənilir.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev bildirib.

Vüqar Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Respublikasının Prezidentinin inauqurasiya mərasimində Azərbaycan Respublikasının Konstitusiyasına və Qurani Kərimə ayrı ayrılıqda əlini basaraq Azərbaycan Dövləti və Azərbaycan Xalqı maraqlarına xidmət edəcəyinə and içib: “Zəngin dövlətçilik və liderlik təcrübəsi olan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olub. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmayıb. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, 5-6 müdafiə xəttini aşaraq sübut ediblər və 44 günlük Vətən müharibəsi bizim əyilməz ruhumuzu göstərib. “Dəmir Yumruq” dünya hərb tarixinə yeni səhifə yazıb. Bu gün dünyanın ən inkişaf etmiş dövlətlərinin hərbi təhsil ocaqlarında Azərbaycanın döyüş təcrübəsi öyrənilir”.

Ehtiyatda olan polkovnik-leytenant qeyd edib ki, əməliyyatların dinamikası və müharibənin cərəyanının analizi aparılıb, faydalı nəticələri dərhal həyata keçirilib, komando birlikləri yaradılıb: “Qısa müddət ərzində Ordunun döyüşlərə sərf edilmiş silah-sursatları və digər təminatları bərpa edilərək tamamlanıb. Ordunun döyüş meydanında qazandığı təcrübə hərbi təhsil sistemində tətbiq edilərək öyrənilməyə və inkişaf etdirilməyə başlanıb. 2023-cü il 19 sentyabrda keçirilmiş lokal antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınıb və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olublar”.

Vüqar Əliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin inauqurasiya mərasimində növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən birinin Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunu bildirdiyini xatırladıb: “Müharibədən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və müxtəlif vaxtlarda bu məsələ ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Ali Baş Komandan dəfələrlə xalqın və dövlətin maraqlarını müdafiə etmək üçün hərbi güc tətbiq etməkdən çəkinməyib, cəsarət və qətiyyət nümayiş etdirib. Bu gün Azərbaycan Ordusu 2020-ci, 2023-cü ildəkindən daha güclüdür və gələcəkdə qaşıya çıxacaq istənilən vəzifəni yerinə yetirəcək. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizim qabağımızda heç kim dura bilməz”.

Ehtiyatda olan polkovnik-leytenantın sözlərinə görə, dünyada cərəyan edən hadisələr III Dünya Müharibəsindən xəbər verir: “Azərbaycan I və II Dünya müharibələrinin vacib hədəflərindən olub, döyüş meydanın çevrilib. Azərbaycanlılar bu müharibələrdə iştirak etmək məcburiyyətində olub. Bu gün hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, qələbəmizin əsas amili Azərbaycan döyüşçüsüdür. Düşməni məhv edən və Bayrağı azad edilmiş torpaqlara sancan insandır, əsgərdir, zabitdir. Ancaq texniki vasitələr az rol oynamır. Ali Baş Komandan bildirib ki, biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə də bu sahədə də kadrların hazırlanması dövlətin prioritet vəzifəsidir.”

Əvvəlki Yazı

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr deyil,məhz Azərbaycan özü rol alacaq – RƏY

Növbəti Yazı

Şirvanda 1 ay əvvəl 74 yaşlı atasını qətlə yetirməyə görə həbs edilən şəxs ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.