İyul 20, 2025-8:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüqar Gülməmmədov: “Azərbaycan Türkiyə və Qazaxıstanla paralel auditlər keçiriləcək”

2025:07:17 - 13:51
in İQTİSADİYYAT
A A

Azərbaycan və Türkiyənin ali audit təşkilatları gələcəkdə iqlim dəyişikliyi və kənd təsərrüfatı sahələrində paralel auditlərin keçirilməsini planlaşdırırlar.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov jurnalistlərə açıqlamasında deyib.

“Artıq Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə bağlı çəkilən xərclər üzrə paralel audit aparılıb”, – V. Gülməmmədov bildirib.

Palata sədri qeyd edib ki, Azərbaycan hazırda Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) çərçivəsində Qazaxıstan, Qırğızıstan, Koreya və Çinlə ikitərəfli memorandumlara malikdir:

“Bu memorandumlar çərçivəsində seminarlar, təlimlər və bilik mübadiləsi həyata keçirilir. Bu il Qazaxıstanla paralel auditin aparılması ilə bağlı razılığa gəlmişik və sənədin sentyabr ayında imzalanması gözlənilir”.

Bu gün Bakıda keçirilən ASOSAI-nin İdarə Heyətinin 62-ci iclasının işinə toxunaraq V. Gülməmmədov qeyd edib ki, Azərbaycan yeni yaradılmış “dövlət maliyyəsinin proqnozlaşdırılması və qiymətləndirilməsi” üzrə işçi qrupda iştirak etmək niyyətindədir:

“Hesablama Palatası bu qrupda iştirakla bağlı öz namizədliyini təqdim edib. Hesab edirik ki, fiskal risklərin və hökumətlərin qarşısında duran çağırışların həllinə yönəlmiş vəsaitlərin idarə olunması üzrə bilik və bacarıqların paylaşılması bizim üçün olduqca əhəmiyyətlidir”.

Bildirilib ki, bu tədbir ikinci dəfədir Bakıda keçirilir və Azərbaycan ASOSAI-nin İdarə Heyətinin üzvü kimi iclasda fəal iştirak edir: “Bu gün əvvəlki dövrlərdə görülmüş işlərin hesabatının mezakirəsi ilə yanaşı 2026–2028-ci illər üzrə strateji plan və onun çərçivəsində həyata keçiriləcək tədbirlərin planı hazırlanır”.

Əvvəlki Yazı

TASS: Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu baş tutacaq

Növbəti Yazı

Peskov: Rusiya və Ukrayna memorandum layihələrini müzakirə edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.