2022-ci ildə yaradılan “EagleTech” şirkəti müştərilərə öz bizneslərini inkişaf etdirmək üçün yüksəkkeyfiyyətli rəqəmsal həllər (məhsullar) təqdim edir. Qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutan şirkət proqram təminatının inkişafı, veb-dizaynı və inkişafı, mobil tətbiqin yaradılması və UX/UI dizaynı üzrə xidmətlər göstərir.
“Eagle Tech” şirkətinin təsisçisi Vüsal Nuriyevin sözlərinə görə, müştərilərə keyfiyyətli və kreativ işlər təqdim etmək üçün beynəlxalq təcrübədən istifadə edirlər.
“Bu günədək yerli və xarici şirkətlər, o cümlədən müxtəlif böyük layihələr üçün yaddaqalan, zövqlü və müasir rəqəmsal məhsullar hazırlamışıq. Güclü texniki bazamız və təcrübəli mütəxəssislərimiz sayəsində bütün işləri ən yüksək səviyyədə təhvil veririk. Çox sevinirik ki, gördüyümüz işlər müştərilər tərəfindən böyük maraqla və rəğbətlə qarşılanır”, – deyə Vüsal Nuriyev qeyd edib.
Sürətlə inkişaf edən “Eagle Tech” şirkətinin əsas məqsədi reallaşacaq bütün layihələr üçün kreativ və özünəməxsus rəqəmsal həllər təqdim etməkdir.
“Rəqəmsal məhsul yaradarkən hər bir detala diqqət yetiririk ki, hər şey mükəmməl olsun və işimizi ən yaxşı şəkildə təqdim edək. Əsas istəyimiz keyfiyyətli məhsullar hazırlayaraq bunu Azərbaycanda və xarici ölkələrdə geniş şəkildə təbliğ etmək, bu sahədə yaddaqalan işlər görməkdən ibarətdir”, – deyə Vüsal Nuriyev əlavə edib.
“Eagle Tech” yeni texnologiyaları və süni intellekt (AI) metodlarını rəqəmsal işlərdə tətbiq etməklə fərqlənir. Süni intellekt və yeni texnologiyalardan yararlanaraq şirkət müştərilər üçün daha effektiv, fərqli və individual rəqəmsal məhsullar yarada bilir. Bu isə şirkəti sadəcə bir xidmət təminatçısı olmaqdan çıxarır, onu müştərilərin işinə dəyər qatan və onların uğurunda əsas rol oynayan bir partnyora çevirir.Azərtac