İyun 13, 2025-17:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vüsal Qasımlı: “Qlobal halal iqtisadiyyatın həcmi 2030-cu ilə qədər 5 trilyon dollara çatacaq”

2025:06:11 - 13:52
in İQTİSADİYYAT
A A

Qlobal halal iqtisadiyyatın həcmi 2020-ci ildəki 2,3 trilyon ABŞ dollarından 2030-cu ilə qədər 5 trilyon ABŞ dollara qədər artacaq.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı “Halal İqtisadiyyat” adlı dərs vəsaitinin təqdimatında bildirib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, halal iqtisadiyyatın gələcəkdə ölkəyə valyuta gətirən ixrac istiqamətinə çevrilməsi planlaşdırılır: “Halal iqtisadiyyata aid kitabın yazılması dövrün tələbi idi. Halal qida məhsullarının təmin olunması çox önəmlidir. Bu, sadə bir məsələ deyil. Artıq halal iqtisadiyyat təkcə qida sənayesinin sərhədlərini çoxdan keçib. İndi kifayət qədər geniş istiqamətlər və sahələri əhatə edir”.

O vurğulayıb ki, kitab Azərbaycanın müsəlman dünyası ilə iqtisadi əlaqələrinin daha da möhkəmlənməsində əhəmiyyətli mənbə olacaq.

Qeyd edək ki, kitabı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan İlahiyyat İnstitutu birgə hazırlayıb. Ümumilikdə 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata dair şəriət tələbləri, halal idarəetmənin etik məsələləri, ticarət əqdlərində halallıq prinsipləri, halal turizm, qlobal halal ticarət dinamikası və bununla bağlı çağırışlar, Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri kimi məsələlər ətraflı təhlil edilir.

Əvvəlki Yazı

Orxan Zeynalov: “Mərkəzi Asiya-Azərbaycan” enerji dəhlizi layihəsi üçün birgə müəssisəyə dair sənədlər iyulda imzalanacaq”

Növbəti Yazı

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.