NBC News xəbər verir ki , ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff yaxın bir neçə gün ərzində İran hakimiyyəti ilə Tehranın nüvə proqramı üzrə mümkün razılaşma ilə bağlı danışıqlar aparacaq.
Onun sözlərinə görə, danışıqların mövzusu Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində İranın uranın zənginləşdirilməsini dayandırması olacaq. Danışıqların yeri və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik məlumat verilməyib.(Tass)