ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında mübahisə ilə nəticələnən Ukrayna ilə bağlı Avropa və ABŞ arasında yaranan fikir ayrılığı Qərb birliyinə son qoyub. Bu fikir “The Washington Post” qəzetində dərc olunan məqalədə deyilir.
Onun sözlərinə görə, Ağ Evdəki dava Kiyev üçün fiaskoya çevrilib və Ukrayna münaqişəsi tarixində dönüş nöqtəsi ola bilər. Nəşrin qeyd etdiyi kimi, Tramp və onun vitse-prezidenti J.D.Vens “Avropanı şoka salmaqdan xoşbəxt ola bilərlər, lakin okeanın o tayındakı həmkarları artıq birləşmiş Qərbin dağılmasından əl çəkiblər”. Nəşr iddia edir ki, ABŞ-Avropa müttəfiqliyinin dağılması və Trampın Amerika maraqlarına daha dar baxışa təkan verməsi dünyanın yeni dövrə qədəm qoyduğunu göstərir. (Tass )