Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər noyabrın 28-dək sənədlərini nagillar2023@gmail.com ünvanına göndərməklə müsabiqədə iştirak edə bilər.
Seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək.
Təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət etmək olar.
Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində açılacaq.