Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən evlərin birindən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.