Sentyabr 14, 2025-1:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir

2024:05:20 - 10:30
in İQTİSADİYYAT
A A

Xaçmaz rayonunun Yergüc kəndində sakinlər bu il də suvarma suyu ilə bağlı problemlə üzləşiblər.

“Report”un Şimal bürosuna bu barədə yerli sakinlər məlumat veriblər.

Kənd təsərrüfatı məhsullarının istehsalında mühüm şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə müntəzəm təmin olunmasıdır. Bu məsələnin aktuallığına baxmayaraq, regionlardan daxil olan məlumatlarda əksər bölgələrdə bəhs edilən problemin nəinki aradan qaldırılmadığı, əksinə, daha da kəskinləşdiyi anlaşılır.

Ölkənin vacib kənd təsərrüfatı rayonlarından biri olan Xaçmazda da bu mövsüm üçün xarakterik olan suvarma suyu problemi əhalinin əsas qayğısına çevrilib. Rayonun Yergüc kəndi də bu sırada istisna təşkil etmir. Kənd sakinlərinin sözlərinə görə, suvarmaya su tapılmadığı üçün həm bağlar, həm də tərəvəz sahələri quruyaraq məhv olur, çəkilən əziyyət yerdə qalır. Yergüc ərazisindəki qurumuş arxlara nəzər saldıqda, kənddə su probleminin nə qədər ciddi olduğuna dair təsəvvür yaranır.

Kənd sakinləri deyiblər ki, yerli idarəetmə orqanları və Sudan İstifadəedənlər Birliyi suvarma suyunun bölgüsünü düzgün aparmadığı üçün belə problem yaranıb. Sakinlərin şikayəti ilə bağlı əraziyə gələn Xaçmaz rayon icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi Rəşad Musayev, kənd Bələdiyyəsinin sədri Ozal Əspəndiyev və Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin rəisi Kamil Əliyev yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışdılar.

Xaçmaz Rayon Suvarma Sistemləri idarəsinin rəisi Kamil Əliyev “Report”un yerli bürosuna bildirib ki, mənbədə kifayət qədər su olsa da, Sudan İstifadəedənlər Birliyi həmin suyu əraziyə çatdıra bilmədiyi üçün problem və narazılıq yaranır.

“Yergüc və Ağyazı kəndlərində suvarma suyu alan vətəndaşlar limitin azlığından şikayət edirlər. Biz də bu gün sakinlərin haqlı tələbinə uyğun olaraq Samur-Abşeron kanalından suyun alışını 2 kub metrdən 5 kub metrə qaldırmışıq. Su problemi olan Yergüc və Ağyazı kənlərinə limitə uyğun su veriləcək. Ötən illərə nisbətən bu il suvarma suyu ilə bağlı çətinlik yoxdur. Mənbələrdə su ehtiyatımız var. Vətəndaşları suvarma suyundan növbəli şəkildə istifadə etməyə çağırırıq. Bütün mövcud imkanlardan istifadə olunmaqla, sakinləri suvarma suyu ilə təmin edəcəyik”, – K.Əliyev bildirib.

Əvvəlki Yazı

Azərbaycan XİN İrana başsağlığı verib

Növbəti Yazı

Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.