İyun 16, 2025-6:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xaçmazda “Qərbi Azərbaycan-Yurd yerimiz” festivalı keçirilib

2025:06:05 - 14:40
in SOSİAL
A A

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” adlı festival təşkil olunub.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhərin Zəfər Parkında keçirilən festivalda rayon rəhbərliyi, Milli Məclisin deputatları, ziyalılar, icma üzvləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Festival çərçivəsində qonaqlar Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olub, aşıq sənəti, yallı nümunələri və Qərbi Azərbaycana aid bədii qiraət nümunələrindən ibarət kompozisiyalara tamaşa ediblər.

Onlar həmçinin Şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənənələrini əks etdirən nümunələrlə tanış olub, rayonda istehsal edilən məhsulların sərgisinə baxıblar.

Qonaqlara Xaçmaz rayonunda bağçılığın geniş inkişafı və yetişdirilən müxtəlif meyvələr haqqında məlumat verilib.

Qeyd olunub ki, rayonda yeni yaradılan emal və istehsal müəssisələri sahibkarlığın inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

Festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Əvvəlki Yazı

Bakıda Qərbi Azərbaycan irsi ilə bağlı “Daşları toplamaq vaxtıdır” kitabının təqdimatı olub

Növbəti Yazı

Məhkəmədə Ermənistanın Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurması faktları üzrə sənədlərin tədqiqinə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.