İyun 19, 2025-10:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xaçmazda Qudyalçay üzərində tikilən yeni körpününtirləri atılı

2023:11:12 - 13:13
in SOSİAL
A A

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün beton tirləri dayaqlar üzərinə montaj olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 22 ədəd tir çayın kənarlarında və məcrasındakı üç dayaq üzərinə yerləşdirilib. Yeni avtomobil körpünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.

İş icraçısı Musayəddin Qurbanov bildirib ki, bundan sonrakı mərhələdə tirlərin üzəri armaturla hörülərək betonlanacaq. Növbəti mərhələdə körpü üzərindəki yola asfalt döşənəcək. Bundan sonra körpü istifadəyə veriləcək.

“Bayram və bazar günlərində də körpünün tikintisi davam etdirilir. Noyabrın 11-dən dayaqların üzərinə tirlərin montaj olunmasına başlamışıq. Bu gün tirlərin hamısı yerinə qoyulacaq. Hazırda körpünün dayaqları üçün istinad divarlarının və mühafizə bəndlərinin tikintisi də davam edir. Körpünün noyabrın sonuna istifadəyə verilməsi nəzərdə tutulsa da, əlavə işlər hələ bir neçə ay davam edəcək”, – deyə iş icraçısı söyləyib.

Qeyd edək ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində, Qudyalçay üzərindəki körpü sentyabr ayının 15-də uçulub. Yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr aralıda inşa olunub. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.

Əvvəlki Yazı

Tərtərin kəndlərində subartezian quyularının kabelləri oğurlanıb

Növbəti Yazı

Media: Qəzzada Əl-Şifa xəstəxanasının reanimasiya şöbəsində 5 nəfər oksigen çatışmazlığından ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.