Xaçmazda “Riyaziyyat dahiləri” intellektual yarışmasının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda 40 ümumtəhsil məktəbi təmsil edən komandalar biliklərini sınayıblar. Final mərhələsində Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin komandası 1-ci yeri, Xaçmaz şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, Ə.Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin komandası isə 3-cü yeri qazanıb.
Qalib komandalar kubok və təşəkkürnamələrlə təltif ediliblər.
İlk üç yeri tutan komandalar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkil edəcəyi final mərhələsində Xaçmaz rayonunu təmsil edəcək.