İyun 30, 2025-11:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Xaçmazdakı təsərrüfatlarda ötən il süni mayalanma yolu ilə 4 min başdan çox cins buzov doğulub

2025:01:15 - 12:53
in İQTİSADİYYAT
A A

Ötən il Xaçmaz rayonunda fərdi təsərrüfatlarda 6 min 481 baş inək və düyə süni yolla mayalandırılıb. Süni mayalanma yolu ilə alınan buzovların sayı isə 4007 baş olub.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Xaçmazlı fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanmaya üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.

Fərdi təsərrüfatlarla yanaşı, rayonda yerləşən iri heyvandarlıq komplekslərində də mal-qaranın süni mayalandırılması işləri aparılır. 2024-cü ildə “Yalama Aqropark”da 3280 baş, “Xaçmaz Aqropark”da isə 1080 baş inək və düyə süni yolla mayalandırılıb. Təsərrüfatlarda ümumilikdə 1887 buzov doğulub.

Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə heyvan sahibinə 100 manat məbləğində subsidiyanın verilməsinə başlanılandan sonra xaçmazlı fermerlərin süni mayalandırma tədbirlərinə marağı xeyli artıb. Süni mayalandırılan heyvanlar yerli cinslərə nisbətən daha tez inkişaf edir. Cins tərkibinin yaxşılaşdırılması məqsədilə toxum əsasən Niderland, Almaniya və Rusiyadan gətirilir. Xaçmaz rayonunda heyvanların süni mayalandırılması üzrə ixtisaslaşan 11 mütəxəssis fəaliyyət göstərir.

 

Əvvəlki Yazı

Bakıda həmyaşıdını öldürməkdə təqsirləndirilən Rəhim Əsədova hökm oxunub

Növbəti Yazı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşlarla görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.