Azərbaycan muğamı əmin əllərdədir, biz bununla fəxr edirik.
“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IX “Muğam” Televiziya Müsabiqəsinin münsiflər heyətinin üzvü, Xalq artisti Mələkxanım Əyyubova deyib.
Xalq artisti Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan muğamına göstərdiyi diqqət və qayğısını xüsusilə qeyd edib.
“Əlbəttə, bu layihəyə görə ilk növbədə birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik. Məhz bu musabiqədə yetişən, formalaşan gənclərimiz klassik muğamlarımızı yaşadır”.
Xalq artisti finala vəsiqə qazanan iştirakçılara uğurlar arzu edərək final mərhələsində gərgin rəqabətin olacağını vurğulayıb.