Sentyabr 13, 2025-0:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Xalq artisti Məlik Dadaşovun məzarı ziyarət olunub

2024:06:07 - 17:20
in MƏDƏNİYYƏT
A A

Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 100-cü ildönümü tamam olur.AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvlərinin iştirakı ilə İkinci Fəxri xiyabanda Xalq artistinin məzarı ziyarət olunub.Anım mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, görkəmli aktyor Məlik Dadaşov “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib. O, həm komediyalar, həm dramatik və faciə xarakterli obrazlar, həm də lirik-psixoloji rollarda böyük fərqli obrazlar yaratmaqla tamaşaçıların yaddaşında silinməz izlər qoyub.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olduğunu vurğulayan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib: “Elə aktyorlar var ki, onlar haqqında sıradan birisi kimi danışmaq mümkün deyil. Məlik Dadaşov da əvəzolunmaz imzalar və dəyərlərdən biridir. Onu fərqli edən aktyorluğu, intellekti, görünüşü və səs tonu idi”.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olduğunu bildirib. “Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib”, – deyə əlavə edib.

Sonda Xalq artisti Brilliant Dadaşova mərhum sənətkarın ailəsi adından hər kəsə öz təşəkkürünü bildirib.

Əvvəlki Yazı

XİN-in idarə rəisinin müavini: Azərbaycanda qadın nazir olmadığı üçün dünya statistikasında sonuncuyuq

Növbəti Yazı

Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12 % artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.