Sentyabr 15, 2025-11:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Xalq artisti Mənsum İbrahimovla görüş keçiriləcək

2024:01:10 - 15:00
in MƏDƏNİYYƏT
A A

Yanvarın 23-də “Qonağımız var” layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində Xalq artisti Mənsum İbrahimovla görüş təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, görüşdə Xalq artisti muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışacaq, ona ünvanlanacaq sualları cavablandıracaq.

Tədbirə giriş sərbəstdir.

Qeyd edə ki, Mənsum İbrahimovun özünəməxsus ifa tərzi var. Dinləyici üzünü görmədən də səsindən, avazından onu tanıyır. Çünki artıq muğam onun taleyidir, dünyaya baxışıdır. Müğənninin “Rast”ına, “Şur”una, “Qarabağ şikəstəsi”nə dönə-dönə qulaq asmaqdan doymuruq. Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də opera teatrının solistidir. O, təkcə Məcnunu yox, “Aşıq Qərib”də Qəribi və “Gəlin qayası”nda Camalı da yüksək səviyyədə oynayır. Mənsum İbrahimovun səsi çoxdan ölkəmizin sərhədlərini aşmışdır. O, xarici ölkələrdə muğam, xalq və bəstəkar mahnıları ilə yanaşı, “Leyli və Məcnun” operasının da təbliğində, sevilməsində böyük xidmətlər göstərmişdir. O, bu gün həm də sayılıb-seçilən pedaqoqlardan biridir, istedadlı tələbələri var.

Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Əvvəlki Yazı

Ukraynada “Baykar” zavodunun tikintisinin iki ilə başa çatdırılması planlaşdırılır

Növbəti Yazı

Media: Polşa müxalifəti yanvarın 11-də Varşavada kütləvi etiraz aksiyaları keçirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.