İyun 23, 2025-2:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Xalq artisti: Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir

2025:05:02 - 13:09
in MƏDƏNİYYƏT
A A

Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini bir araya gətirmək, onları dialoq platforması çərçivəsində birləşdirmək, ortaq keçmişi, dili və dini olan xalqlarımızın mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq vacib amildir.

Bu sözləri Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova Ankarada AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O, aprelin 28-dən mayın 2-dək Türkiyənin paytaxtında Türk Dünyası Dövlət Balet Məktəblərinin Ankara Festivalını təşkil edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyətini yüksək qiymətləndirib.

Hacettepe Universitetinin nəzdindəki Ankara Dövlət Konservatoriyasının konsert zalının səhnəsində keçirilən festivalın repertuarında həm dünya baletinin klassik əsərləri, həm də milli rəqslər yer alıb. Gənc istedadların, o cümlədən Azərbaycandan olanların çıxışları Türkiyədə balet sənətini sevənlərin böyük marağına səbəb olub.

T.Muradova bildirib ki, festival proqramı çərçivəsində Ankarada, TÜRKSOY-un binasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın balet məktəblərinin nümayəndələrinin iştirakı ilə konfrans da keçirilib.

Akademiyanın prorektoru bildirib: “Müzakirədə iştirak edənlər Türk dünyası, o cümlədən Azərbaycanda balet məktəblərinin festivallarının davam etdirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Gənc vətəndaş nəsli türk xalqlarının birlik ruhunu mənimsəməlidir. Xalqlarımızın adət-ənənələri və mədəniyyəti vahid proqramlar çərçivəsində, o cümlədən xoreoqrafiya, milli rəqslər və balet sahəsində təqdim oluna bilər və təqdim edilməlidir”.

Onun sözlərinə görə, xoreoqrafiya məktəbləri və akademiyalarının proqramlarına, eləcə də türkdilli ölkələrdəki teatrların repertuarlarına müxtəlif türk xalqlarının milli rəqslərinin salınması da vacibdir. “Beləliklə, Xoreoqrafiya fakültəsinin ən gənc tələbələri belə türk xalqlarının zəngin mədəniyyəti ilə tanış olacaqlar. Rəqs mədəniyyəti yaşamalı və inkişaf etməlidir. Bunun yolu dəyərlərin və toplanmış təcrübənin təbliğindən keçir”, – deyə T.Muradova vurğulayıb.

Prorektor ümidvar olduğunu bildirib ki, budəfəki TÜRKSOY festivalının gənc iştirakçılarının hər biri öz ölkələrinin mədəni həyatında “parlaq ulduza” çevriləcək.

Əvvəlki Yazı

Bakıda Beynəlxalq Xalça Forumu keçirilib

Növbəti Yazı

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.