Avqust 21, 2025-7:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Xalq yazıçısı İlyas Əfəndiyev haqqında yeni monoqrafiya çap olunub

2024:11:20 - 11:23
in MƏDƏNİYYƏT
A A

XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin yaradıcılığı daima oxucuların, elmi ictimaiyyətin, ədəbi tənqidin diqqət mərkəzində olub. Xalq yazıçısı bədii əsərlərinin əsas qismini sovet dönəmində yazıb, ancaq hakim ideologiyaya yox, ədəbiyyata xidmət etdiyi üçün onun romanları və povestləri, pyesləri və hekayələri bu gün də nəşr olunur, tamaşaya qoyulur. Vaxtı ilə böyük şairimiz Səməd Vurğun yazırdı: “İlyas Əfəndiyev əməkçilərin zəhmətini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onları parlaq və real boyalarla göstərir”.

İlyas Əfəndiyevin əsərləri indi də bir cümləsinə belə toxunulmadan müstəqil Azərbaycanın oxucularına, tamaşaçılarına təqdim edilir. Ədibin yaradıcılığı haqqında məqalələr yazılır, kitablar nəşr olunur. Belə kitablardan biri də bu günlərdə işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tədqiqatçı Qənirə Əmiraslanova “İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik” monoqrafiyasını Xalq yazıçısının anadan olmasının 110 illiyinə həsr edib.

İri həcmli tədqiqat əsərinin elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Təyyar Salamoğludur. O, Qənirə Əmiraslanovanın analitik elmi düşüncə imkanlarını önə çəkərək yazır ki, monoqrafiyada yazıçının həm roman və povestlərində, həm də dramaturgiyasında mənəvi-əxlaqi problemlərin bədii ifadəsinə, məhəbbət süjetlərinə ayrılan yeri doğru olaraq tarixi şəraitlə biləvasitə əlaqələndirilir. Müəllif bu istiqamətdəki əsərləri ötən əsrin 50-ci illərin ortalarından sonra ədəbiyyatımızda formalaşan yeni keyfiyyət mərhələsinin səciyyəvi əlamətlərini özündə daşıyan yaradıcılıq faktları kimi dəyərləndirir.

Monoqrafiyada böyük ədibin yaradicılığı ilk hekayısindən son əsərinəcən tədqiq edilib və İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu yüksək qiymətləndirilib.

Monoqrafiyanın rəyçiləri professor Sara Osmanlı və dosent Razim Məmmədovdur.

Əvvəlki Yazı

Politico: Bayden ictimai çıxışlarda Trampın adını çəkməkdən çəkinir

Növbəti Yazı

Saatlıda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.