İranın ruhani lideri Əli Xamneyi yəhudi dövlətinin Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı apardığı hərbi əməliyyat fonunda İsrailə neft və ərzaq ixracını dayandırmağa çağırıb.
“Qəzzanın bombalanması dərhal dayandırılmalı və sionist rejim üçün (İsrailə – TASS qeydi) neft və ərzaq ixracı yolları bağlanmalıdır”, – Tasnim agentliyi İslam respublikasının rəhbərindən sitat gətirib. (Tass)