İranın Ali Lideri Müctəba Xamenei Vaşinqton Tehranın 10 şərtini qəbul etmədiyi təqdirdə İslamabadda ABŞ ilə müqavilənin imzalanmasına icazə verməyəcək. Bu barədə İran Parlamentinin birinci müavini Əli Nikzad bildirib.
Fars xəbər agentliyi onun sözlərini sitat gətirib: “Əgər bu 10 şərt qəbul edilməzsə, Ali Rəhbər imzalamağa icazə verməyəcək” . (Tass )
