İranın ali dini lideri Əli Xamneyi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Tehranla İrəvan arasında münasibətlərin inkişafına qarşı tərəflərin olduğunu açıqlayıb. Bu barədə İRNA agentliyi məlumat yayıb.
“Anlamaq lazımdır ki, İranla Ermənistan arasında münasibətlərin inkişafının əleyhdarları var, ona görə də bu sahədə bəzi məsələləri ehtiyatla həll etmək lazımdır”, – İran lideri görüşdə vurğulayıb.
İRNA-nın qeyd etdiyi kimi, Paşinyan mərhum prezidentlə vida mərasimində iştirak etmək üçün İrana səfəri zamanı İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı vermək üçün Xamneyi ilə görüşüb. (Tass)