İran təcavüz halında ABŞ-ın təhdidlərinə cavab verməkdən çəkinməyəcək. Bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib.
İran Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanlığı ilə görüşdə o, “Amerikalılar bizimlə bağlı fikirlərini bildirir, bizi hədələyirlər. Əgər bizi hədələsələr, biz də onları təhdid edəcəyik. Əgər bu təhdidi həyata keçirsələr, biz də cavab verəcəyik. Ölkəmizin təhlükəsizliyinə qəsd etsələr, biz də çəkinmədən eyni şeyi edəcəyik” Xamneyinin sözlərini onun mətbuat xidməti sitat gətirib. (Tass)