Dağlıq Qarabağın Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb. Bu barədə İrəvan portalı 24News regional ombudsman Qeqam Stepanyana istinadən məlumat yayıb.
” Partlayış nəticəsində xəsarət alanların sayı 200-ü ötür. Onların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır qiymətləndirilir. Artsaxın (tanınmamış Dağlıq Qarabağ Respublikası – TASS) tibbi imkanları xilas etmək üçün kifayət deyil. Təcili olaraq təcili aviasiyadan istifadə etmək lazımdır”, – deyə Stepanyan bildirib. (Tass)