Sentyabr 12, 2025-6:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xaricdə yaşayan azərbaycanlı alimlər Xankəndiyə və Şuşaya səfər ediblər

2024:09:12 - 14:39
in SOSİAL
A A

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumunun iştirakçıları Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Xankəndi şəhəri ilə yaxından tanış olan soydaşlarımız daha sonra Qarabağ Universitetinin rektoru və kollektivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov xaricdə yaşayan alimlərimizin Qarabağa səfərini yüksək qiymətləndirib, universitetin fəaliyyəti, müasir standartlara uyğunlaşdırılması barədə məlumat verib, gələcək planlardan danışıb. Xaricdə yaşayan alimlərlə Qarabağ Universiteti arasında elmi əməkdaşlığın qurulması, onların bilik və təcrübələrindən də istifadə olunması imkanları barədə fikir mübadiləsi aparıblar.

Xankəndi şəhərində xaricdə yaşayan azərbaycanlı alimlərin Prezident İlham Əliyevə müraciəti səsləndirilib.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Forumunun iştirakçıları bundan sonra Şuşaya yola düşüblər. Soydaşlarımız Şuşada aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızın tarixi məkanlarına baş çəkiblər.

Azərbaycanlı alimlər forumun öz işini Qarabağda davam etdirməsini və burada yekunlaşdırmasını tarixi hadisə adlandırıb, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, dünya elmi ilə Azərbaycan elmi arasında daha möhkəm körpülərin qurulmasına töhfələr verəcəklərini deyiblər. Xaricdə yaşayan azərbaycanlı alimlər Qarabağ Universitetinin rəhbər heyəti ilə görüşün onlar üçün əvəzolunmaz xoşbəxtlik olduğunu, yaddaşlarında silinməz izlər qoyduğunu, bu səfərin mahiyyətini daha da dərinləşdirdiyini vurğulayıblar.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 9-da Bakı şəhərində işinə başlayıb. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı elm xadimi, alim və professor iştirak edib.

Əvvəlki Yazı

Macarıstan Aİ-ni sərhəd təhlükəsizliyi və miqrasiya məsələlərində ikili standartlarda ittiham edib

Növbəti Yazı

Macarıstan AK-yə qarşı iddia qaldıra bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.