İyun 14, 2025-17:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xaricdə yaşayan bir qrup azərbaycanlı alim Bakıya gəlir

2023:09:28 - 14:50
in SOSİAL
A A
Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri prof. dr. Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Üniversitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova var. Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı üzrə seçiliblər. Alimlərlə mütəmadi əlaqə yaradılıb və onların təqdim etdikləri elmi məqalələr soydaşlarımıza 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış etmək hüququ qazandırıb.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə – 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra yenidən Azərbaycanın ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.

Əvvəlki Yazı

Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub, şəhər məscidində görülən işlərlə tanış olub

Növbəti Yazı

Bakı Beynəlxalq Astronavtika Konqresinə 4 mindən çox iştirakçı qeydiyyatdan keçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.