Rusiya Federasiyası ilə silahlı münaqişədə Ukraynanın tam qələbəsini təsəvvür etmək mümkün deyil. Bunu Polşa prezidenti Anjey Duda İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində CNBC telekanalına müsahibəsində deyib.
“Mən demirəm ki, Ukrayna Rusiyanı məğlub etməlidir”, – Polşa lideri qeyd edib.
Yanvarın 19-da Britaniyanın mühafizəkar siyasətçisi, milyarder və Lordlar Palatasının üzvü Maykl Eşkroft “The Daily Express” qəzetinin köşə yazısında Ukraynadakı münaqişədə yeganə qalibin Rusiya olacağını vurğulayıb.