Ukraynanın Xarkov vilayətinin Berestin şəhərində ukraynalı şair Taras Şevçenkonun büstünün yanında duran rus şairi Aleksandr Puşkinin büstü sökülüb. Bu barədə Berestin şəhər şurasının sədri Svetlana Krivenko məlumat verib.
Büst Berestin şəhər şurasının kitabxanasının yaxınlığında yerləşirdi. Krivenkonun sözlərinə görə, memarlıq abidəsi saxlanmaq üçün Martınoviç adına Berestin tarix-diyarşünaslıq muzeyinə göndərilib. Şəhər şurasının sədri qeyd edib ki, büstü ukraynalı heykəltəraşın işi olan maddi dəyər olduğu üçün onu atmaq mümkün deyil.
“Ona görə də bu abidə saxlanacaq, sonra Leninin və Puşkinin abidələrini nə etmək barədə qərar veriləcək. Bizdə Sergey Şuçkanın məzarı da var, idarənin qərarını, Ukrayna Mədəniyyət Nazirliyinin qərarını gözləyəcəyik”, – şəhər şurasının rəhbəri bildirib.
Puşkinin büstünün dəyişdirilməsi məsələsinin ictimaiyyətin səsverməsinə çıxarılması planlaşdırılır. (Tass)