Pekin və Moskva beynəlxalq münasibətlərdə suveren dövlətlərin bərabərliyinə və çoxtərəflilik prinsipinə böyük əhəmiyyət verirlər. Bunu Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Çin və Rusiya suveren bərabərliyə, beynəlxalq hüquqa və çoxtərəfliliyə xüsusi əhəmiyyət verir”, – deyə Çin Mərkəzi Televiziyası prezidentdən sitat gətirib . “Biz BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və G20 kimi çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməli və bəşəriyyət üçün ortaq gələcəyi olan icmanın qurulmasını birgə təşviq etməliyik”. (Tass)