Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) qlobal idarəetmə sisteminin formalaşmasında müsbət qüvvə rolunu oynayacaq, deyə Çin sədri Si Cinpin bildirib.
“Təşkilat getdikcə qlobal idarəetmə sisteminin qurulması və islahatında müsbət hərəkətverici qüvvəyə çevrilir, bu sahədə bir çox yeni konsepsiyalar təklif edir və həyata keçirir”, – o, Tyanjin şəhərində (Şimal-Şərqi Çin) keçirilən ŞƏT-ə üzv ölkələrin liderlərinin görüşündə deyib. (Tass)