ABŞ Cenevrə ticarət-iqtisadi danışıqlarından sonra Çini məhdudlaşdıran mənfi tədbirləri ləğv etməlidir. Bunu ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Çin sədri Si Cinpin deyib.
“Cenevrə danışıqlarından sonra Çin əldə olunmuş razılaşmanın müddəalarını ciddi şəkildə həyata keçirdi, ABŞ əldə olunan irəliləyişi real qiymətləndirməli və Çinə qarşı görülən neqativ tədbirləri ləğv etməlidir”, – deyə Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.
Onun sözlərinə görə, Çin-Amerika münasibətlərinin gedişatını düzəltmək üçün “sükanı düzgün tutmalı və istiqaməti düzgün təyin etməliyik”, həmçinin “hər cür müdaxilə və pozuntuları aradan qaldırmalıyıq”. (Tass)