Oktyabrın 27-si saat 11:00-dan başlayaraq nərəcinsli balıqların hərrac vasitəsilə satışı həyata keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, “Xıllı Balıq” MMC tərəfindən akvakultura üsulu ilə yetişdirilmiş balıqlardan 300-nün çəkisi 2-7 kq arası,1500-nün orta çəkisi isə 0.5 kq olacaq.
Hərracda iştirak etmək istəyən şəxslərdən hərrac gününə 3 gün qalana qədər, yəni oktyabrın 24-dək müvafiq sənədləri (sifariş, şəxsiyyət vəsiqəsi, VÖEN və rekvizitləri) elektron qaydada elanda qeyd olunan elektron poçtaya və ya kağız daşıyıcıda aşağıda qeyd olunan ünvana göndərilməsi tələb olunur.
Digər yarana biləcək suallarla bağlı aşağıdakı əlaqə vasitələri ilə müraciət edilə bilər.
Mob: +994 50 573 09 99 (saat 10:00-18:00)
Email: xnbz2020@gmail.com
Ünvan: Neftçala rayonu, Xıllı qəsəbəsi, “Xıllı Balıq” MMC