Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Seçkilər yüksək rəqabət şəraitində keçirilib. ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə yanaşı 3 ölkədən olan namizəd mübarizə aparıb.
Azərbaycanın namizədi səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini qazanaraq (23 ölkə) mötəbər qurumun Baş katibi vəzifəsinə seçilib.
Mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat olan ICDO-nun əsas vəzifəsi təbii və texnogen fəlakətlər zamanı əhalinin mühafizəsini və ona yardımı, bu fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə məşğul olan strukturların imkanlarının gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın təşviq edilməsindən ibarətdir.
ICDO Baş katibi təşkilatın ən ali vəzifəsi olmaqla, onu beynəlxalq müstəvidə təmsil etmək, struktur vahidlərinə rəhbərlik etmək və Katibliyin funksionallığını təmin etmək və digər əhəmiyyətli sahələrdən məsuldur.