İyun 21, 2025-17:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Xivə şəhərində “Şuşa günləri” keçirilib 

2024:09:13 - 17:49
in MƏDƏNİYYƏT
A A

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Özbəkistanın Xivə şəhərində “Şuşa günləri” keçirilib.

“Report” xəbər verir ki, 11-12 sentyabr tarixləri arasında keçirilən tədbirdə Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovla Xivə şəhərinin hakimi Temur Davletovun görüşü baş tutub.

Daha sonra Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüşüb.

Görüşdə Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin yaradılması barədə ətraflı danışılıb. Aydın Kərimov tarixi Şuşa şəhərində aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri haqqında geniş məlumat verib.

Sonda şuşalı rəssam tərəfindən çəkilən Y.V. Çəmənzəminlinin portreti Mərkəzə hədiyyə edilib və tələbələrin ifasında kiçik bir konsert proqramı nümayiş etdirilib.

“Şuşa – dünən və bu gün” adlı foto – sərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib.

Xatırladaq ki, 2023-cü il fevral ayının 24-ü tarixindən etibarən Şuşa ilə Xivə şəhəri qardaşlaşmış şəhərlərdir.

Əvvəlki Yazı

MSK 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələr etibarsız sayılıb

Növbəti Yazı

DİM azad olunan bölgələrdəki kitabxanalara müxtəlif nəşrlər təqdim edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.